Sabah ın Neftçi ilə oyun ərəfəsində cəzalısı yoxdur, amma... AÇIQLAMA

22.05.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 36-cı - sonuncu turunda "Neftçi"ni qəbul edəcək "Sabah"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib.

"Komandanın heç bir futbolçusu cəzalı deyil. Amin Seydiyev üçün mövsümün vaxtından əvvəl başa çatdığı bəllidirsə, Coy Lens Mikels də zədə səbəbindən "Neftçi"yə qarşı oynamayacaq".

Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması mayın 24-də keçiriləcək. "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti 19:30-da səsləndiriləcək.

Nihat  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью