Sabah ın oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

24.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Noyabrın 25-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar paytaxtın Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, məhdudiyyətlə əlaqədar 18 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlar üzrə avtobusların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə təşkil ediləcək.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.

Sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaq və müvəqqəti dəyişiklikləri nəzərə almaq tövsiyə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью