Sabah ın potensial rəqibi müəyyənləşdi Çempionlar Liqası

17.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Sabah"ın potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası

Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılıb.

Səpələnməmişlər səbətində yer alan "Sabah" 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, 2-ci mərhələdə "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. "Sabah" ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 21/22 iyulda, cavab matçları 28/29 iyulda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью