Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Borussiya"(Dortmund) baş məşqçisi Niko Kovaçla müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xorvat mütəxəssis 2029-cu il iyunun 30-na qədər "Borussiya"nı çalışdıracaq.
Kovaç 2025-ci ildən Dortmund klubunda çalışır.
Onlar Bundesliqada 5 turdan sonra 13 xalla 2-ci pillədədir.
Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının liqa mərhələsində "Sabah"ın rəqiblərindəndir. Görüş oktyabrın 20-də Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi