Sabah ın rəqibi bəlli olur Çempionlar Liqası

16.06.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Redaktor.az xəbər verir ki, tədbirdə "Sabah"ın rəqibi də bəlli olacaq.

Yığıncaq İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Komandamızın potensial rəqibləri "Şemrok Rovers", TNS, "Vikinqur", "Larne", "KuPS", "Kayrat", "Petrokub", "Flora", "Linkoln", "Universitatya", "Klaksvik", "Drita", "Borats" və "Riqa" klublarıdır.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью