Sabah ın rəqibi Kosovo millisinin üzvünü transfer etdi

17.06.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Sele" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Sloveniya təmsilçisi "Vorskla"dan (Ukrayna) Milot Avdilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kosovo U-21 millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Sabah" "Sele" ilə ilk oyunu 10 iyul tarixində Bakıda keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью