Sabah ın rəqibindən inamlı qələbə

26.07.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "KuPS" Finlandiya çempionatının 17-ci turu çərçivəsində matça çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv VPS-i qəbul edib.

Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin qollarını Moreno, Eqvall və Luyey-Lutumba vurublar.

Hazırda 36 xalı olan "KuPS" turnir cədvəlinin zirvəsində mövqe tutub.

Xatırladaq ku, "Sabah" Finlandiya çempionu ilə ikinci görüşünü iyulun 28-də səfərdə keçirəcək. Masazırdakı duel "bayquşlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью