Sabah ın sabiq baş məşqçisi: Dambrauskas bir neçə yaxşı klubda işləyib, gələcəyə ümid verir

08.07.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Valdas Dambrauskas gənc olmağına baxmayaraq, bir neçə yaxşı klubda işləyib. Görünən odur ki, perispektivli məşqçidir. Gələcəyə də ümid verir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib. Azərbaycanlı mütəxəssis Masazır təmsilçisinin litvalı baş məşqçisi haqda fikirlərini söyləyib. Quliyevin fikrinə görə, “Sabah” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye” ilə görüşlərdə uğurlu nəticəyə ümid edə bilər:

"Dambrauskas komandaya yeni qoşulub, oyunçuları tanıması üçün bir az vaxt lazımdı. Buna baxmayaraq inanıram ki, vaxtı az olsa da, bu işin öhdəsindən gələcək. “Sabah”ın rəqibi də yaxşı komandadır. Son mövsümdə bunu Konfrans Liqasında sübut edib. Dambrauskasın ⁠gənc olması yaxşıdır. Doğrudur, tez-tez komanda dəyişməsi xoş deyil. İnanırıq ki, “Sabah”da uzunmüddətli qalar və klub üçün xeyirli işlər görər. Hər bir məşqçi yaxşı nəticələrə köklənir. Əsas odur ki, işini yaxşı qurmalıdır. Nəticələrin yaxşı olması onun klubda uzunmüddətli qalmasına gətirib çıxara bilər. Hər şey nəticədən asılıdır".
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью