Sabah ın Şəfa ilə oyuna neçə itki ilə çıxacağı bilindi

14.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 5-ci turunda "Şəfa"nın qonağı olacaq "Sabah"ın heyətlə bağlı son vəziyyəti bəlli olub.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

"Cəzalı oyunçumuz yoxdur. Zədəlilərə gəlincə, Xəyal Əliyev, Stiv Solvet və Ksander Severina komandaya kömək edə bilməyəcək".

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması bu gün - sentyabrın 14-də keçiriləcək. Sumqayıtda baş tutacaq görüş saat 19:00-da başlayacaq. Bir oyun az keçirən və əvvəlki 3 matçda maksimum xal toplayan "bayquşlar"  turnir cədvəlinin 4-cü pilləsində mövqe tutubsa, debütant 3 xalla 10-cü yerdədir.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью