Sabah ın Sloveniya macərası necə başladı? Selyedən isti xəbər

17.07.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Selye”yə qarşı keçirəcəyi matça saatlar qaldı.

Məlum olduğu kimi, komanda dünən günorta saatlarından oyunun baş tutacağı şəhərdədi. Odu ki, “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxlayıb son durum haqda məlumat aldıq. Onun “Football-plus.az”a cavabı:

“Sloveniyada beynəlxalq hava limanı Lyublyanadadı. Bu səbəbdən, bu şəhərə eniş etdik. Sonra avtobusla Selyeyə gəldik. Qarşılanmada xüsusi nəsə olmadı. Ölkəmizin Avstriyadakı səfirliyi bizimlə maraqlandı. Oyunu tribunadan izləmək istəyən azarkeşlər də müraciət edib. Təxminən 50 azərbaycanlı stadionda olacaq. Onlar bizi tək qoymayacaq. Dəstəksiz qalmayacağıq. Hər şey qaydasındadı”.

Xatırladaq ki, qarşılaşma saat 20.00-da start götürəcək.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью