Sabah ın tarixi uğuru xarici medianın diqqətində

26.08.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ın uğuru xarici medianın da diqqətindədir.

Milli.Az xəbər verir ki, "Hapoel Beer-Şeva"ya 5:2 (ümumi - 6:4) hesabı ilə qalib gəldiyi oyundan sonra "bayquşlar" ilə bağlı diqqət çəkən başlıqları təqdim edirik:

Futbol Arena (Türkiyə): "TARİXİ NAİLİYYƏT! "SABAH" ÇEMPİONLAR LİQASINDA! "SABAH"I ALQIŞLAYIRIQ!

Матч ТВ (Rusiya): "Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı. Əsəbi anlar yaşamaq məcburiyyətində qaldıq. Amma əsas odur ki, əlavə vaxtda qırmızı vərəqə alan rəqibi cəzalandırdılar. Klub cəmi 9 il əvvəl yaradılıb. İnanılmazdır".
"Goal": "Cəmi doqquz il əvvəl qurulan bir klub üçün bu, inanılmaz yüksəlişdir və onlar artıq Avropa futbolunun ən nüfuzlu səhnəsində ilk dəfə mübarizə aparmağa hazırdırlar".

ESPN: "Sabah" əlavə vaxta Tellur Mütəllimovun son dəqiqələrdə vurduğu möhtəşəm vole qolu sayəsində nail oldu".

"Football 360": "Cəmi 9 il əvvəl yaradılmış komanda "Kim milyonçu olmaq istəyir?" verilişində iştirak etmiş baş məşqçinin rəhbərliyi ilə Çempionlar Liqasına vəsiqə qazandı".

"La Gazzetta dello Sport": "Bu gecənin hekayəsi bizi birbaşa Azərbaycana aparır - burada "Sabah"ın nağılı gerçək oldu".

"Sport Bible": "Cəmi 9 il əvvəl mövcud olmayan klub tarixi uğura imza ataraq Çempionlar Liqasına vəsiqə qazandı".

"Football Meets Data": "Cəmi 9 il əvvəl yaradılan "Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb!

Azərbaycan ardıcıl iki mövsümdə Çempionlar Liqasının liqa mərhələsində iki fərqli klubla təmsil olunacaq!"

UEFA.com: "Sabah" "Hapoel" (Beer-Şeva) qarşısında dramatik geri dönüşü tamamlayır"

OneFootball: "Sabah" avrokuboklarda tarix yazır"

Flashscore: "Sabah" əlavə vaxt trillerində "Hapoel"i şoka saldı"

Eurosport: "Sabah" "Hapoel" ilə bol qollu trillerdən sonra mərhələ adladı" (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью