Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq turnirində qrup mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, "Sabah"ın U-10 komandası qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiyanın "Nefteximik" komandasına 1:2 hesabı ilə məğlub olub.
Komanda qrup mərhələsini birinci sırada tamamlayaraq turnirin həlledici oyununa vəsiqə qazanıb.
Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv sabah finalda Rusiyanın "Rubin" komandası ilə üz-üzə gələcək.
Final və III yer uğrunda oyununun yeri müəyyənləşib "Neftçi" – "Səbail" matçının hakimləri bəlli olub Birinci Liqa: "Qəbələ"dən darmadağın - YENİLƏNİB Azərbaycan kuboku: “Qarabağ” - “Sabah” matçının biletləri satışa çıxarılıb AFFA-da görüş keçirilib