Sabah ın U 13 komandası Mançester Siti ilə eyni turnirdə

16.04.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

QOL.az xəbər verir ki, komandalar bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

U-13 turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında  keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью