Sabah ın U 14 komandası beynəlxalq turnirdə 3 oyuna 27 qol

19.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq futbol turnirində iştirak edir. 

QOL.az xəbər verir ki, İlqar Mənsimovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi ilk üç oyunun hər birində qələbə qazanıb.

U-14 Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay” komandasını isə 9:0 hesabı ilə məğlub edib.

"Sabah" – "Momunov" - 8:1
Qollar:
Əli Hacıyev (3), Həsən Ramazanov, Həsən Məhmədov (2), Murad Məmmədzadə (2).

"Ceyran" – "Sabah" - 0:10
Qollar
: Murad Məmmədzadə (3), Əli Hacıyev (3), Həsən Ramazanov (2), Həsən Məhmədov, Xəyyam Məmmədcəfərli.

"Sabah" – "Kayrat Aksay" - 9:0
Qollar
: Əli Hacıyev (3), Murad Məmmədzadə (3), Həsən Məhmədov, Oğuz Talıblı, Ülvi Əlizadə.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью