Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 5-ci tur oyununa çıxıb.
Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Barselona" ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:7.
Xatırladaq ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu "Sabah" U-19 əvvəlki 4 matçın hamısında məğlub olmuşdu. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşır.
"Sabah" U-19 (Azərbaycan) - "Barselona" U-19 (İspaniya) - 0;7
Qollar: Rodriqez, 62, Qistau, 65, 75, Mixal, 82, Buil, 83, Tavares, 89, Fofana, 90+1
Qırmızı vərəqə: Bakare, 33 ("Sabah")
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)