Sabah ın ulduzu Azərbaycanı bu ölkəyə dəyişir? AÇIQLAMA

17.12.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sabah" klubunun almaniyalı hücumçusu Coy-Lans Mikelsin karyerasını Qazaxıstan Premyer Liqasında davam etdirəcəyi ilə bağlı məlumat yayılıb. 

Fanat.Az xəbər verir ki, bu iddianı sözügedən ölkənin mətbuatı ortaya atıb.

Ancaq futbolçunun agenti Merih Türker "ASnews.kz" saytına açıqlamasında xəbəri təkzib edib: "Qazaxıstan klublarının mümkün maraqları ilə bağlı mediada yer alan məlumatlar doğru deyil. Oyunçu bu günə qədər Qazaxıstanın heç bir komandası ilə əlaqə saxlamayıb. Mənimlə də heç kim əlaqə saxlamayıb".

31 yaşlı Mikels cari mövsüm Azərbaycan çempiomatının ən çox qol vuran oyunçusudur. Vinger 13 oyunda meydana çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, "Sabah"da Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovla birlikdə oynayır.

Onun "Sabah"la hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Alman futbolçu illər ərzində Niderlandın "Maastrixt", Səudiyyə Ərəbistanının "Əl-Feysali" klublarında və "Şalke"nin ikinci komandasında oynayıb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью