Sabah ın zədəli oyunçuları geri qayıtdı üç futbolçusu meydana çıxmayacaq

15.10.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının 8-ci turunda “Zirə” ilə qarşılaşacaq “Sabah” hazırlıqlarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Masazır klubu bu görüşə itkilərlə çıxacaq.

Zinedin Uld Xaled, Boyan Letiç və Neqoş Kupusoviçin oynamayacağı artıq dəqiqləşib. Lakin Coy-Lens Mikkelsin bu matçda oynayıb-oynamayacağı bəlli deyil. 

“Sabah” üçün sevindirici məqam isə İqor Noqeyra, Cessi Sekidika və Aleksey İsayevin kollektivlə məşqlərə qoşulmasıdır. 

Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü oktyabrın 19-da baş tutacaq və matça 16:60-da start veriləcək.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью