Sabah İngiltərə klubunun futbolçusunu icarəyə götürdü

20.02.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, belçikalı futbolçu Qodfred Boaki İngiltərənin "Birmingem" klubundan icarəyə götürülüb.

Anlaşmanın müddəti 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub. 20 yaşlı futbolçu "Sabah"ın əvəzedicilərdən ibarət komandasında çıxış edəcək.

"Birmingem"in yetirməsi olan Boaki, karyerası ərzində bu klubun gənclərdən ibarət komandası ilə yanaşı, Finlandiyanın "İnter" (Turku) komandasında da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью