Sabah işıq kəsiləcək Sakinlərin NƏZƏRİNƏ

06.05.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Xətai rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью