“Sabah” İslam İmamov transferində razılığa gələ bilmədi

14.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Sabah” futbol klubu yay transfer pəncərəsi zamanı heyətini İslam İmamovla gücləndirmək istəyib.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Rusiyada çıxış edən əslən azərbaycanlı qapıçı ilə danışıqlar aparıb.

Son olaraq “MOİK-Xabarovsk”un formasını geyinən İmamov “Sabah”dan gələn təklifi qəbul edib. Tərəflər arasında bir müddət müzakirələr davam edib.

Lakin sonda 25 yaşlı qapıçının Bakı klubuna keçidi baş tutmayıb. Buna tərəflərin müqavilənin bütün detalları üzrə razılığa gələ bilməməsi səbəb olub.

Qeyd edək ki, İslam İmamov daha əvvəl Rusiyanın “Legion Dinamo” və “Kuban Holdinq” klublarında da çıxış edib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью