“Sabah” İsveçrə klubu ilə qarşılaşacaq

06.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, “Sabah”ın U-19 komandası Bakıda İsveçrənin “Bazel” kollektivini qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, İsveçrədə baş tutan ilk matçda meydan sahibləri 6:0 hesablı qələbə qazanıb.

UEFA Gənclər Liqası

II təsnifat mərhələsi, cavab oyunu


6 noyabr

18:00. “Sabah” (Azərbaycan) - “Bazel” (İsveçrə)


Hakimlər: Rustam Omarov, Aleksey Dolgix, Dmitri Beloqradov (hamısı Qazaxıstan), Fərid Hacıyev (Azərbaycan)
Bakı, “ASCO Arena”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью