“Sabah” kapitanı ilə yollarını ayırdı

04.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
Klubdan Bizim.Media-ya bildirilib ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.
2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью