“Sabah” “Karvan Yevlax”la oyuna neçə itki ilə çıxacaq? Klubdan ə AÇIQLAMA

27.04.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Karvan-Yevlax”ı qəbul edəcək “Sabah”ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Bu barədə “bayquşlar”ın sözçüsü Elnur Həmidov İdman.Biz-ə bildirib.

“Heyətdə iki cəzalı futbolçu var. Abdulla Xaybullayev qırmızı vərəqə, Stiv Solvet isə sarı vərəqə cəzalısıdır. Pavol Şafranko isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, Coy Lens Mikelsin meydana çıxıb-çıxmayacağı bilinmir. Zədəsi olan hücumçunun durumu ilə bağlı son qərar matç öncəsində veriləcək”, - deyə o açıqlamasında söyləyib.

Qeyd edək ki, “Bank Respublika Arena”da baş tutacaq “Sabah” - “Karvan-Yevlax” oyununun start fiti 20:00-da səslənəcək. Hazırda turnir cədvəlində “Sabah” 69 xalla liderdir, “Karvan-Yevlax” isə 14 xalla on ikinci pillədə qərarlaşıb.

İlqar Şabanov

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью