Sabah Kəpəz ə qalib gəldi

09.11.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XI turunda "Sabah" "Kəpəz"i məğlub edib.

"Unikal" xəbər verir ki, "Zəfər turu"na təsadüf edən matçda Bakı kollektivi 3:1 hesablı qələbəyə sevinib.

Qalib komandanın qollarını Velko Simiç (22), Coy Lens Mikels (28) və İqor Nogeyra (54) vurublar. Gəncəlilərdən isə Olavale Onanuqa (45+5) fərqlənib.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью