“Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı

06.04.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında 28-ci tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün daha iki matç oynanılacaq. 

Əvvəlcə “Sabah” öz meydanında “Kəpəz”i qəbul edəcək. Hazırda paytaxt təmsilçisi 36 xalla 5-ci, Gəncə klubu 24 xalla 9-cu pillədə qərarlaşıb. 

Cari mövsüm bu komandaların qarşıdurmasında bərabərlikdir. 3 görüşdən 1-də “Sabah”, 1-də isə “Kəpəz” 3:2 hesablı qələbə qazanıb. 1 görüş isə 2:2 yekunlaşıb. 

Günün ikinci qarşılaşmasında 67 xalla lider olan “Qarabağ” 12 xal az toplanış ən yaxın izləyicisi “Zirə”ni qəbul edəcək. 

Cari mövsüm tərəflər arasında keçirilən 3 görüşdən 2-də “Qarabağ”, 1-də isə “Zirə” qələbə qazanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

6 aprel (bazar)

17:00. “Sabah” - “Kəpəz”
Hakimlər:
Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
“Bank Respublika Arena”

19:30. “Qarabağ” – “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Tofiq Bəhramov adına Respublika Stadionu

7 aprel (bazar ertəsi)

15:30. “Şamaxı” – “Neftçi”

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”

5 aprel (şənbə)

“Səbail” - “Turan Tovuz” - 0:0

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Salifu Suma ("Zirə") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qola

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью