“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” Mikels

10.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə heç-heçə (0:0) etdikləri oyundan sonra açıqlama verib.

QOL.az xəbər verir ki, jurnalistlərə danışan 32 yaşlı hücumçu bu matç və oktyabrın 13-də UEFA Çempionlar Liqasında  “Slaviya” (Praqa, Çexiya) ilə keçiriləcək görüş barədə fikirlərini billdirib.

“Bu gün bir xal qazandıq. Məğlubiyyətsiz oyunlar seriyamız davam edir. Biz məğlub olmadıq”.

O, “Sabah”ı sıx oyun təqvimiin olmasını da toxunaraq bildirib: “Biz Çempionlar Liqasında da iştirak edirik. Futbol dünyasında vəziyyət belədir, “Slaviya” da eyni vəziyyətdədir. Buna görə də mümkün qədər yaxşı hazırlaşmalı və həmin oyunlarda qalib gəlməliyik”.

Mikels “Slaviya” ilə oyun öncəsi azarkeşlərə müraciət də edib: “Azarkeşlər gəlsinlər, özləri ilə bütün dostlarını da gətirsinlər və stadionda möhtəşəm atmosfer yaratsınlar. Ümid edirəm ki, Çempionlar Liqasında ilk qələbəmizi qazanacağıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью