Sabah klubu məşqçisi ilə yolları ayırdı

11.09.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Sabah" futbol klubunun məşqçilər korpusunda ayrılıq yaşanıb.

Oxu.Az xəbər verir ki, qapıçılar üzrə məşqçi Aleksey Antonyuk postunu tərk edib.

Rusiyalı çalışdırıcı həmyerlisi Vasili Berezutskinin dəvəti ilə ötən ilin dekabrında komandaya qoşulmuşdu. Berezutski vəzifəsindən ayrılsa da, Antonyuk Azərbaycandakı işini davam etdirirdi.

41 yaşlı mütəxəssis bundan sonra ölkəsinin "Soçi" komandasında işləyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью