Sabah klubu məşqçisinin hakimləri təhqir etməsi səbəbindən cəzalandırılıb

03.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.

Oxu.Az xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.

"Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.

"Araz-Naxçıvan" klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью