“Sabah” klubu Namik Ələskərovla yollarını ayırıb

24.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 iyun, AZƏRTAC

“Sabah” komandası Namik Ələskərovla yollarını ayırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

N.Ələskərov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. Futbolçu bu komandanın heyətində 83 oyun keçirib. O, Bakı klubu ilə Premyer Liqanın gümüş medallarını qazanıb və Azərbaycan Kubokunun qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью