“Sabah” klubu Prezidentə təşəkkür etdi

26.08.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibətilə Prezident İlham Əliyevin komandaya ünvanladığı təbrikə görə təşəkkür edib.

AZXEBER.COM xəbər verir ki, klubun açıqlamasında dövlət başçısının Azərbaycan idmanına, xüsusilə futbolun inkişafına göstərdiyi diqqət və qayğının bu cür tarixi nailiyyətlər üçün böyük stimul olduğu bildirilib.

Qeyd olunub ki, "Sabah” ölkəni Avropanın ən mötəbər futbol turnirində layiqincə təmsil etmək və Azərbaycan futbolunun adını daha da yüksəltmək üçün mübarizəni əzmlə davam etdirəcək.

"Biz sonadək mübarizə aparmaq, qələbəyə inanmaq əzmini Sizdən öyrənirik. Azərbaycan xalqının böyük qələbələrinin yaradıcısı kimi, biz də öz gücümüzü və İLHAMımızı Sizdən alırıq”, – deyə klubun açıqlamasında vurğulanıb.

"Sabah” FK Prezidentə göstərdiyi yüksək diqqətə görə bir daha dərin təşəkkürünü bildirib.


Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью