Sabah klubu xorvatiyalı baş məşqçi ilə yolları ayırdı

25.11.2024

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.

Sitat.info xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Krunoslav Renduliç bu ilin martında "Sabah" klubuna baş məşqçi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, "Sabah" bu mövsüm Renduliçin başçılığı altında 18 oyunda cəmi beş görüşdə qalib gəlib. Yeddi heç-heçə, altı dəfə isə məğlubiyyət əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью