Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah” futbol klubu Azərbaycan futbolunda indiyədək tətbiq olunmayan yeniliyə imza atıb.
“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisi azarkeşlər üçün vahid bilet/abunəlik sistemini yaradıb.
Layihəyə əsasən, azarkeşlər cəmi bir bilet əldə etməklə “Sabah”ın mövsüm ərzindəki bütün ev oyunlarını stadiondan canlı izləmək imkanı qazanırlar. Dominos pizza
Avropa futbolunda geniş tətbiq edilən bu strategiya yerli azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb.
Satışa çıxarılan vahid biletlərin böyük hissəsi artıq qısa müddət ərzində tükənib. Klubun bu addımı həm tribuna davamlılığını artırmaq, həm də azarkeşlərin stadiona axınını stimullaşdırmaq məqsədi daşıyır.