Sabah klubunun yeni baş məşqçisinin köməkçiləri məlum olub

27.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycanın "Sabah" futbol klubunun yeni baş məşqçisi Vasili Berezutskinin köməkçiləri məlum olub.

Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssisə həmyerliləri - Dmitri Smirnov və Aleksandr Naqornı kömək edəcəklər.

Qeyd edək ki, Vasili Berezutskin adı hələlik məlum olmayan daha bir yerli köməkçisini də heyətə cəlb edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью