“Sabah” Konfrans Liqasına qalsa…

04.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Konfrans Liqasının Liqa mərhələsində səbətlər məlum olub.

Futbolpress.az xəbər verir ki, turnirdə iştirakını təmin edən “Sabah” mübarizəyə burada davam edəcəyi halda, 6-cı səbətdə yer alacaq.

“Bayquşlar” hazırda Çempionlar Liqasında III təsnifat mərhələsindədir. Komanda Danimarka “Orxus”unu keçə bilməzsə, yoluna Avropa Liqasında davam etdirəcək. “Sabah” burda da uğursuzluq yaşasa, Konfrans Liqasının Liqa mərhələsinə qoşulacaq.

“Sabah” ilə “Orxus” arasındakı ilk oyun avqustun 6-da Danimarkada olacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью