Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında dekabrın 13-də görüş olacağı gözlənilir.
Suriyada Bəşər Əsədin devrilməsi fonunda bu görüş diqqət çəkir.
Aydın məsələdir ki, tərəflər arasında əsas müzakirə mövzusu Suriyadakı son proseslər olacaq.
Türkiyənin Suriyanın şimalında PKK-ya bağlı qüvvələrin mövcudluğuna son qoymaq üçün xəbərdarlıq edəcəyi, əks halda əməliyyata başlayacağı gözlənilir.
Əvvəlki yazılarda da qeyd etdiyim kimi, Bəşər Əsəd ABŞ, Türkiyə, İsrailin ortaq düşməni idi.
Əsədin devrilməsindən sonra üç ölkənin qarşı-qarşıya gələcəyi bəlli idi.
Xüsusilə Ankara ABŞ və İsrailin ortaq planı olan regionda ikinci bir kürd subyektinin yaranmasını birmənalı qəbul etmir.