Sabah Krunoslav Renduliçlə yolları ayırıb

25.11.2024

Icma.az bildirir, Cbcsport saytına əsaslanaraq.

“Sabah” klubu baş məşqçi Krunoslav Renduliçlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, komanda Misli Premyer Liqasının turnir cədvəlində 19 xalla 5-ci yerdə qərarlaşıb. Bakı klubu XIV turda "Turan Tovuz"la heç-heçə edib - 1:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью