Sabah KuPS matçının hakimləri bəlli oldu

17.07.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, UEFA komandalar arasında ilk görüşü Polşadan olan hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Lukaş Kujma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.

“Sabah”ın KuPS-la səfərdə matçını isə İsraildən olan hakimlər idarə edəcəklər. Baş hakim Qal Leybovitz, onun köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq. Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 21-də Bakıda (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (Bakı vaxtı ilə 19:00) keçiriləcək.

DÇ-2026: Argentina finalda! - YENİLƏNİB Laport tarixə düşdü – Doğulduğu ölkəni məğlub etdi DÇ-26: İspaniya finalda! - YENİLƏNİB ÇL: “Sabah” növbəti mərhələdə! - YENİLƏNİB Azərbaycanlı hakim Konfrans Liqası oyununu idarə edəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью