Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Ötən mövsümü "qızıl dubl"la başa vuran "Sabah"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis Valdas Dambrauskasın çalışdırdığı kollektiv 2-ci təsnifat mərhələsində Finlandiya "KuPS"unu mübarizədən kənarlaşdırmağı bacarsa, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi qarşılaşacaq.
Sözügedən turnirin 3-cü təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək.
Xatırladaq ki, "bayquşlar" ilk raundda Uels təmsilçisi TNS-i üstələyiblər. Bakıda 2 cavabsız qola sevinən "Sabah" rəqib meydanında da qələbə qazanıb - 2:1.
Nihat