Sabah kurasaolu vinger transfer etdi RƏSMİ

01.07.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" yeni futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. Kurasaolu futbolçu İsrailin "Makkabi" (Hayfa) klubundan transfer edilib. Yeni transferlə 2+1 illik müqavilə bağlanıb. 

Severina karyerası ərzində Niderlandın "Den Haaq" (2021-2023), Serbiyanın "Partizan" (2023-2024), Portuqaliyanın "Kaza Pia" (2025-2026) və İsrailin "Makkabi" (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib. 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью