“Sabah” “Levski”yə uduzdu

08.08.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bakı klubu Bolqarıstanda “Levski” kollektivinin qonağı olub.

Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda keçiriləcək görüş meydan sahiblərinin minimal hesablı qələbəsi başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş sonuncu - 8-ci dəqiqədə Borislav Rupanov vurub.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 14-də Bakıda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью