Sabah leysan yağacaq, sel keçəcək XƏBƏRDARLIQ

12.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью