“Sabah” liderliyini davam etdirmək, “Neftçi” ilk arzusunda

10.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə start veriləcək. Sport24.az xəbər verir ki, VI tur A qrupunun 2 matçı ilə başlayacaq.

Günün ilk qarşılaşmasında "Naxçıvan" "Neftçi"ni qəbul edəcək. Meydan sahibləri ötən tur "Sabah"a məğlubiyyəti unutdurmaq, qonaqlar mövsümdə ilk qələbə arzusundadırlar.

Digər matçda isə "Sabah" "Sərhədçi"nin qonağı olacaq. Evren Alkayanın rəhbərlik etdiyi meydan sahibləri qələbə seriyasını davam etdirməyi, Rimas Kurtinaytisin komandası isə itkisiz irəlliləməyi hədəfləyib.

Qeyd edək ki, turun digər matçlarında sabah "Ordu" "Sumqayıt"ı, dekabrın 13-də "Abşeron" NTD-ni, 1 gün sonra "Gəncə" "Lənkəran"I qəbul edəcək. Tura "Quba" "Şəki" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
VI tur
A qrupu
10 dekabr

15:30. "Naxçıvan" – "Neftçi"
"Sərhədçi" İdman Mərkəzi

18:30. "Sərhədçi" – "Sabah"
"Sərhədçi" İdman Mərkəzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью