“Sabah” Litvanı seçdi

18.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” basketbol klubunun yeni mövsüm üçün hazırlıq planı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar” toplanışa avqustun 23-də Litvada başlayacaq. Hazırlıq prosesi sentyabrın 14-dək davam edəcək.

“Sabah” toplanış çərçivəsində Avropa turnirlərində mübarizə aparacaq klublarla yoxlama oyunları keçirəcək.

Paytaxt təmsilçisi avqustun 26-da “Yuventus Utena” (Litva), 29-da “Şyaulyay” (Litva), sentyabrın 3-də “London Layons” (Böyük Britaniya), 6-da isə “Jalgiris” (Litva) komandaları ilə qarşılaşacaq.

Hazırlıq prosesi sentyabrın 12–13-də Klaypedada təşkil olunacaq “Vladas Qarastas Kuboku” ilə başa çatacaq. “Sabah” yarımfinalda Litvanın “Neptunas” klubu ilə üz-üzə gələcək. Turnirin digər iştirakçıları isə “Zelli Riqa” (Latviya) və “Şyaulyay” komandalarıdır.

“Sabah”ın yoxlama matçlarındakı rəqiblərindən “Yuventus Utena” Çempionlar Liqasında, “Şyaulyay”, “London Layons”, “Neptunas” və “Zelli Riqa” Avropa Kubokunda, “Jalgiris” isə Avroliqada çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью