Sabah Liverpul da oynamış ulduzu transfer edəcək? Meneceri danışdı

04.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Macarıstanın "Ferentsvaroş" klubunda çıxış edən Nəbi Keytanın Azərbaycan təmsilçisinə keçidi sual altına düşüb.

Fanat.Az xəbər verir ki, qvineyalı ulduzun meneceri "Sabah"ın marağı barədə danışaraq futbolçunun Bakı təmsilçisinə keçmək niyyətində olmadığını bildirib.

Klublar arasında təmasların olmasına baxmayaraq, Keytanın özünə hələlik rəsmi təklif ünvanlanmayıb. 31 yaşlı yarımmüdafiəçi müqaviləsinin sonuna – yəni daha bir il "Ferentsvaroş"da qalmağa üstünlük verir.

Menecer futbolda hər an hər şeyin dəyişə biləcəyini vurğulasa da, hazırkı şərtlər daxilində ulduz futbolçunun "Sabah"a keçidi gündəmdə deyil.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью