Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Sabah” Avstriya təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, “bayquşlar” Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq. Görüşə saat 19:00-da start veriləcək.
“Sabah” toplanış çərçivəsində ilk yoxlama görüşünü Rumıniyanın “Universitatya Kluj” komandasına qarşı keçirib və 1:1 bərabərə qalıb.
“Sabah” iyulun 1-də Ukrayna təmsilçisi “Polessye” ilə üz-üzə gələcək.