futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” vinger Aaron Maludanın transfer hüququna yiyələnib.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı futbolçunun icarəsi ilə bağlı Fransanın “Lill” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik müqavilə bağlanıb.
Fransalı futbolçu ötən ilin sentyabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.