Sabah “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı

17.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Antalya şəhərində “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib. 

QOL.az xəbər verir ki, "Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşıb. Görüş rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.

Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyanın “Rayo Valyekano” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. "Sabah"ın qolunu Ayxan İbadov vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью