Sabah maqnit qasırğası gözlənilir

28.02.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Həftə sonu Günəş aktivliyinin artacağı gözlənilir

Sfera.az xəbər verir ki, martın 1-2-də Günəş və geomaqnit aktivliyi yüksələcək.

Geomaqnit qasırğalarının gücü K-indeksi ilə ölçülür və bu göstərici 2-dən 9-a qədər dəyişir. K-indeks nə qədər yüksəkdirsə, fırtınanın gücü və onun insan sağlamlığına, eləcə də texnoloji avadanlıqlara təsiri bir o qədər ciddi olur.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin məlumatına görə, cümə günü başlayan geomaqnit qasırğası martın 1-də K-indeksi 5 (qırmızı səviyyə) olaraq qalacaq. Bu isə meteohəssas insanlar üçün narahatlıq yarada bilər.

Martın 2-də isə qasırğanın gücü tədricən azalacaq, K-indeks 3-ə (yaşıl səviyyə) düşəcək və geomaqnit şərait sabitləşəcək.

Altay

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью