Sabah Maştağa və Savalan qəsəbələrində qaz olmayacaq

08.06.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Sabah Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Sherg.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyunun 9-da saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью