“Sabah” Mbinanın transfer hüquqlarını aldı

16.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” hücumçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.

Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. O, “bayquşlar”ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью